hidrogen istehsalı

ру производство водорода en hydrogen generation de Wasserstofferzeugung fr génération d'hydrogène es generación de hidrógeno it generazione d'idrogeno
hidrogen flüor
hidrogenin ekstraksiyası
OBASTAN VİKİ
Hidrogen
Hidrogen (H) (yun. ὑδρογόνο tələffüzü idrogono – "su hazırlayan, su edən") — D. İ. Mendeleyevin dövri cədvəl sistemində 1-ci elementdir. Nisbi şəraitdə rəngsiz, qoxusuz, qeyri-metal, dadsız, asan yanan, havadan 14.5 dəfə yüngül, suda pis həll olan və H2 molekullarından ibarət qazdır. 1.00794 q/mol-a bərabər olan atom kütləsi ilə bütün elementlər arasında ən yüngül elementdir. Hidrogen 1766-cı ildə İngilis fiziki və kimyaçısı Henri Kavendiş (1731–1810) tərəfindən kəşf edilmişdir. O, bunu "yanar qaz" adlandırmışdı. 1783-cü ildə suyu sintez edən Antuan-Loran Lavuazye "yanar qaza" hydrogene ("su əmələ gətirən") adını vermişdir. Rus dilində "водород" adını 1824-cü ildə kimyaçı M. F. Soloyov (1785–1856) təklif etmişdir. Hidrogen kimyəvi elementlərin dövri sisteminin həm IA, həm də VIIA əsas yarımqrupunda yerləşir. Silisium və Bordan başqa digər qeyri metallarla +1 oksidləşmə dərəcəsi göstərdiyi üçün IA, Metallar, silisium və borla birləşmələrdə isə −1 oksidləşmə dərəcəsi göstərdiyi üçün VIIA yarımqrupunda yerləşir.
Hidrogen azid
Əsas təhlükələr Yüksək zəhərli, partlayıcı, reaktiv Hidrogen azid və ya azoimid kimi tanınan, HN3 kimyəvi formulu olan birləşmədir.[3] Otaq temperaturunda rəngsiz, uçucu və partlayıcı mayedir. Azot və hidrogenin birləşməsidir və buna görə də pniktogen hidridi adlanır. İlk dəfə 1890-cı ildə Teodor Kurtius tərəfindən alınmışdır.[4] Turşunun az tətbiqi var, lakin onun konjugat əsası, azid ionu xüsusi proseslərdə faydalıdır. Hidrogen azid digər mineral turşular kimi suda həll olur. Durulaşdırılmamış hidrogen azid təhlükəli partlayıcıdır[5], standart əmələ gəlmə entalpiyası ΔsHo (l, 298K) = +264 kCmol-1. [6] Durulaşdıqda, qaz və sulu məhlullar (<10%) təhlükəsiz hazırlana bilər, lakin dərhal istifadə edilməlidir; aşağı qaynama nöqtəsinə görə hidrogen azid buxarlanma və kondensasiya zamanı qatılaşır ki, partlamayan durulaşdırılmış məhlullar konteynerin və ya reaktorun yuxarı hissəsində partlaya bilən damcılar əmələ gətirə bilər.[7] [8] Mündəricat Turşu adətən natrium azid kimi bir azid duzunun turşulaşdırılması nəticəsində əmələ gəlir. Natrium azidin suda məhlulları azid duzu ilə tarazlıqda olan az miqdarda hidrogen aziddən ibarət olur, lakin daha güclü bir turşunun tətbiqi məhluldakı əsas qrupları hidrogen azid turşusuna çevirə bilər. Saf turşu sonradan son dərəcə partlayıcı və rəngsiz maye kimi fraksiyalı distillə ilə əldə edilə bilər.[2] NaN3 + HCl → HN3 + NaCl Həmçinin onun sulu məhlulu həll olmayan barium sulfatın əlavə olunması ilə əldə olunmuş barium azid məhlulunu duru sulfat turşusu ilə reaksiyası ilə də hazırlana bilər.[9] Hidrogen azid əvvəlcə hidrazinin nitrit turşusu ilə reaksiyasından alınmışdır: N2H4 + HNO2 → HN3 + 2 H2O Hidrazinium kationu [N2H5]+ ilə bu reaksiya aşağıdakı kimi yazılır: [N2H5]+ + HNO2 → HN3 + H2O + [H3O]+ Hidrogen peroksid, nitrosilxlorid, trixloramin və ya nitrit turşusu kimi digər oksidləşdirici maddələr də hidrazindən hidrogen azid almaq üçün istifadə edilə bilər.[10] Utilizasiyadan əvvəl məhv edilməsi Hidogen azid turşusu nitrit turşusu ilə reaksiyaya daxil olur: HN3 + HNO2 → N2O + N2 + H2O Bu reaksiya qeyri-adidir, ona görə ki, o, dörd müxtəlif oksidləşmə vəziyyətində azotlu birləşmələri əhatə edir.[11] Öz xüsusiyyətlərinə görə hidrogen azid turşusu halogen turşulara bənzəyir, çünki o, zəif həll olan (suda) qurğuşun, gümüş və civə (I) duzlarını əmələ gətirir. Metal duzların hamısı susuz formada kristallaşır və qızdırıldıqda parçalanır və təmiz metalın qalığı qalır.[2] O, zəif turşudur (pKa = 4,75.[6]) Onun ağır metal duzları partlayıcıdır və alkil yodidlərlə asanlıqla qarşılıqlı təsirdə olur. Daha ağır qələvi metalların (litium istisna olmaqla) və ya qələvi torpaq metallarının azidləri partlayıcı deyil, lakin qızdırıldıqda daha idarə olunan şəkildə parçalanır və spektroskopik cəhətdən təmiz N2 qazı alınır.[12] Hidrogen azid turşusunun məhlulları hidrogenin ayrılması və azidlər (əvvəllər azoimidlər və ya hidrazoatlar) adlanan duzların əmələ gəlməsi ilə bir çox metalı (məsələn, sink, dəmir) həll edir.
Hidrogen bombası
Hidrogen bombası — Nüvə silahının növü. Hidrogen bombası atom bombasından qat-qat güclüdür.Hidrogen bombasında reaksiyanın başlaması üçün atom bombasından istifadə edilir.
Hidrogen enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
Hidrogen peroksid
{{Hidrogen peroksid, başqa sözlə, oksigenli su, maye sudan daha sıx olan maye komponentdir. Bu komponent həm də çox yaxşı oksidləşdirici kimi tanınır. Hidrogen peroksid daha çox təmizləmək, infeksiyanın qarşısını almaq, dezinfeksiya etmək və açıq yaraları sağaltmaq üçün istifadə olunur. Ancaq bunun daha çox istifadəsi var. Burada bütün detallar var. Hidrogen peroksid ilk yardımdan daha çox şeydir. Möhtəşəm dezinfeksiyaedici xüsusiyyətə malik olan hidrogen peroksid hər evdə olması lazım olan möcüzəvi tərkib hissəsidir. Hidrogen peroksidin istifadəsi nədir? Hidrogen peroksidin bir çox istifadəsi var. Böyük bir dezinfeksiyaedici xüsusiyyətə malik olan bu komponent oksigen atomlarını ehtiva edir və yalnız apteklərdən əldə edilə bilər.
Hidrogen rabitəsi
Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidreogen atomu ilə flüor, oksigen və yaxud azot atomu arasında yaranan oriyentasiya qüvvəsinə hidrogen rabitəsi deyilir. hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yükə malik nüvədən ibarətdir. Buna görə onu bəzən "çılpaq" proton da adlandırırlar. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü surətdə cəzb olunur. Bununla əlaqədar olaraq, bir sıra molekullarda xüsusi təbiətə malik rabitə növü meydana çıxır ki, bu da bir qayda olaraq, hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.. h2o Hidrogen rabitəsi bilavasitə hidrogen ilə elektromənfiliyi yüksək olan elementlər (F,O,N və s.) arasında meydana çıxır. Məsələn, HF qaz halda polimerləşərək bir sıra polimerlər şəklində mövcud olur:H2F2, H3F3, H4F4, H5F5, H6F6 və s. Hidrogen rabitəsi adətən üç nöqtə ilə işarə edilir. Adi temperaturda H2O maye, H2S isə qazdır.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2 HO•2 + O• → HO•2 + O2 Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO• HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2 HO•2 + HO•2 → H2O2 + O2 Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
Metallik hidrogen
Metallik hidrogen — həddindən artıq yüksək təzyiqdə və faza keçidində olan hidrogenin fazalı vəziyyətlərinin məcmusudur. Metallik hidrogen maddənin pozulmuş bir vəziyyətidir və bəzi fərziyyələrə görə müəyyən spesifik xüsusiyyətlərə malik ola bilər — yüksək temperaturda yüksək keçiricilik və faza keçidinin yüksək spesifik istiliyi. 1935-ci ildə nəzəri olaraq proqnozlaşdırıldı. 1930-cu illərdə İngilis alimi C. Bernal, bir proton və bir elektrondan ibarət olan və qələvi metalların tam bir analoqunu təmsil edən atom hidrogeninin yüksək təzyiqlərdə sabit ola biləcəyini irəli sürdü. 1935-ci ildə Y. Viqner və H. B. Hantinqton müvafiq hesablamalar apardılar. Bernalın fərziyyəsi təsdiqləndi — hesablamalara görə, molekulyar hidrogen, sıxlığının əhəmiyyətli dərəcədə artması ilə təxminən 250 min atmosfer təzyiqində (25 GPa) atom metal fazasına keçir. Sonradan, faza keçidi üçün tələb olunan təzyiqin qiymətləndirilməsi artırıldı, lakin keçid şərtləri hələ də mümkün olan hesab olunur. Metal hidrogenin xüsusiyyətlərinin proqnozu nəzəri olaraq həyata keçirilir. 1970-ci illərdə başlayan cəhdlər, 1996, 2008 və 2011-ci illərdə mümkün olan hidrogen epizodlarına səbəb oldu, nəhayət, 2017-ci ildə professor İsaak Silvera və həmkarı Ranqa Diaz 5 milyon atmosfer təzyiqində sabit bir nümunə əldə etdilər, lakin nümunənin saxlanıldığı otaq təzyiq altında çökdü və nümunə itirildi. Nəhəng planetlərin — Yupiter, Saturn — və böyük ekzoplanetlərin nüvələrində çox miqdarda metal hidrogenin olduğuna inanılır.
Əmtəə istehsalı
Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır. İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. Hava Təbii qaz Fumarollar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hidrogen yanacağı enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Fələstində zeytun istehsalı
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur. Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur. Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti (ing. Iran Aircraft Manufacturing Industrial Company (IAMI); fars. شرکت صنایع هواپیماسازی ایران - هسا‎, Farsca qısaltması — HESA) İranın 1976-cı ildə qurulmuş təyyarə istehsalı müəssisəsidir. İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən idarə olunur və Şahinşəhr (İsfahan) şəhərində yerləşir. Şirkətin qurulduğu təxminən 2 milyon kvadratmetr və ya 500 hektarlıq ərazi yerli olaraq tanınan və hörmətli Boroumand ailəsi (qardaşlar: Abdolghaffar, Abdolrahman, Abdolrahim, Abdolkarim, Abdolrashid və Abdollah) tərəfindən hədiyyə edilmişdir. Şirkət minlərlə kvadratmetrlik istifadəyə hazır ərazisi mövcuddur və 250.000 kvadratmetrlik sahəsi mağaza və hanqarlara, həmçinin A/C hissələrinin istehsalı (klima istehsalı), birləşdirilməsi, laboratoriyalar, uçuş sınaq obyektləri və istehsal üçün hazırlıq sexlərinə ayrılmışdır. Şahinşəhr zavodunun inşasına Amerikanın Textron şirkəti başlamışdır. Yeni müəssisə, İranda bir neçə yüz helikopter istehsalı və texnologiyasının ötürülməsini əhatə edən bir müqaviləyə uyğun olaraq müxtəlif konfiqurasiyalı Bell 214 helikopterləri istehsal etməyi planlaşdırırdı. Müqavilənin o qədər böyük olduğu bildirildi ki, Textron, İran proyektini icra etmək üçün general-mayor Delk M. Audenin rəhbərlik etdiyi yeni bir ştat yaratdı. Amerika şirkəti, İran inqilabı və ondan sonrakı İrana qarşı sanksiyalar səbəbiylə layihədən çəkilmək məcburiyyətində qaldı.
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar: Final filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar 4 filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.